Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
PSJ Markusa elçi düşdü -Transfer
"Mançester Yunayted"lə müqaviləsinin müddəti yayda başa çatacaq Markus Raşford müxtəlif Avropa nəhənglərinin diqqət mərkəzindədir.
Sportfm.az xəbər verir ki, DÇ-2022-də inamlı oyunla yadda qalan 25 yaşlı hücumçunu heyətinə qatmaq istəyənlər arasında PSJ də var.
Paris klubunun rəsmiləri yanvarda Markusla danışıqlara başlamaqda qərarlıdır. Mənbə sözügedən oyunçunun PSJ-yə azad agent qismində keçəcəyi halda, aylıq 1 milyon avro əməkhaqqı alacağını vurğulayıb.
Xatırladaq ki, Raşford Qətərdə keçirilən dünya çempionatında 5 oyuna 3 qol vurub. İngiltərə seçməsi 1/4 finalda Fransaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Zubir Fransaya dönür - "Tuluza" onu istəyir
7 futbolçu 1 ad uğrunda yarışacaq
Markus Raşford Avroliqanın ən yaxşısıdır
Sautgeyt postunda qalacaq - EFA təsdiqlədi
Mançester derbisini mavi-ağlar qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası