reklam
Serbiya millisinin oyunçusu dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

Serbiya millisinin oyunçusu dünyasını dəyişdi -53 yaşında


Futbol üzrə Serbiya millisinin və İtaliyanın “İnter” klubunun sabiq oyunçusu Sinişa Mixayloviç dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Veteran müdafiəçi 53 yaşında onkoloji xəstəlikdən vəfat edib. Mixayloviç uzun müddət idi xərçəngdən əziyyət çəkirdi.

Xatırladaq ki, Sinişa Mixayloviç futbolçu karyerası ərzində “İnter”lə yanaşı, ölkəsinin “Voyvodina”, “Srvena Zvezda”, İtaliyanın “Roma”, “Sampdoriya” və “Latsio” klublarının da formasını geyinib. Baş məşqçi kimi də fəaliyyət göstərən mütəxəssis son olaraq İtaliya “Bolonya”sının sükanı arxasında olub.

Oxşar xəbərlər

“Liverpul”un sabiq futbolçusu dünyasını dəyişdi - 71 yaşında
Əfsanəvi qapıçı vəfat etdi - 72 yaşında
Yığmanın sabiq üzvü dünyasını dəyişdi – 36 yaşında
Millinin sabiq oyunçusu dünyasını dəyişdi - 41 yaşında
Onkoloji xəstəlikdən əziyyət çəkən məşqçi xəstəxanaya yerləşdirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər