"Əvvəl ayağımı yerinə qaytardılar..." -Mübariz Haşımov
Yevlaxda ağır avtomobil qəzasına düşən hakim-inspektor Ceyhun Haşımov əməliyyat olunub. Bu haqda Sport24.az-a onun qardaşı, sabiq FİFA hakim-köməkçisi Mübariz Haşımov məlumat verib.
O, bir həftədi "Live Bona Dea" Hospitalda olan Ceyhunun əməliyyatının 3 saat keçdiyini açıqlayıb: "Şükürlər olsun Allaha, əməliyyat yaxşı keçdi. Protez çanaq və oynaq sümüyünə qoyuldu. O, ümumilikdə 2 hissədən ibarətdi. Çanaqda bir protez yerləşdirilib və oynayan hissəsi var. Onun da başlığı otuzdurulur büd sümüyünün içinə. Elə bil ki indi çanağın büd sümüyü ilə əlaqəsi var. Halbukli, həmin bu əlaqə kəsilmişdi. Qəza nəticəsində budun başlıq sümüyü çanağın oynaq dəliyini deşib keçmişdi qarını içinə. Belə vəziyyət əməliyyat 2 mərhələdən ibarət oldu. İlk mərhələdə ayağı qaytardılar yerinə, ikincidə isə həmin protezi yerləşdirdilər ora. Bu gün həkim Ceyhunu otuzdurmağa çalışacaq. Bunun nəticələrinə əsasən sabahdan hətta ayağa qaldırmaq cəhdləri ola bilər".
Həmsöhbətimiz qardaşının bundan sonra 4 gün klinikada qalacağını diqqətimizə çatdırıb: "Yəqin, ilkin mərhələdə müəyyən köməkçi vasitələrdən - dördayaqlı əsalardan, qoltuq ağacından istifadə olunacaq. Bu, tam ayağa, yeni çanağa öyrəşənə kimi olacaq. Bədənlə uyğulaşma, mənimsəmə vacibdi və buna öyrəşmə müəyyən bir vaxt çəkəcək. İstər-istəməz Allahın bəxş elədiyi bir şey deyil, sonradan bizim bədənə müdaxilə edilmiş yardımçı vasitədi".
M.Haşımovun sözləriə görə, həkimin çox nikbin danışması onları daha da ümidləndirib: "Onun danışığından sonra bir az da ürəkləndik. Dedi ki, hər şey çox rahat, yaxşı olacaq, narahat olmayın. Bildirdi ki, tezliklə ayağa qalxacaq, sabah dikəldəcəyik oturacağa, birigün qalxacaq. Gördük ki, hadisələr tez cərəyan edir və inşallah, yaxşı olacağına görə sevindik. Yəqin, bir neçə aya əmək fəaliyyətiinə qayıdar Ceyhun".
Keçmiş hakim həmin klinikada müalicə olunan yan xətt hakimi Elmin Süleymanovun hazırkı durumuyla da maraqlandıq: "Onun da yanına gedib-gəlirik, əlaqə saxlayırıq. Yanında dəfələrlə olmuşam, 3-cü mərtəbədə qalır. Elmin də yaxşıdı, huşu, danışığı özündədi. Bir az üzündə xəsarət halları görsənir. Amma Allaha şükür, ümumilikdə yaxşıdı vəziyyyəti və əməliyyat olunmasına lüzum görülmədi".
Xatırladaq ki, qəza dekabrın 17-də axşam ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub. Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
"Mingəçevir" - "Qaradağ Lökbatan" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov hakim-inspektor olub.
MEHMAN SÜLEYMANOV
Oxşar xəbərlər
Ceyhun Haşimovun son durumu - VİDEO
Futbol hakimlərimiz qəzaya düşdü - Xəsarət aldılar
“Turan Tovuz” – “Qarabağ” oyununa hakim təyinatları - Birinci divizion
7-ci turun təyinatları açıqlandı - Birinci divizion
I Divizionda ilk turun təyinatları məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası