reklam
Messi millidəki gələcəyi ilə bağlı danışdı -
Sportfm.az xəbər saytı

Messi millidəki gələcəyi ilə bağlı danışdı -"Milli komandanı tərk etmək fikrində deyiləm"


Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək.

Sportfm.az xəbər verir ki, bu barədə “TyC Sports”məlumat yayıb.

“Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, - deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Oxşar xəbərlər

Messidən Argentina millisinin üzvlərinə xüsusi hədiyyə - FOTO
Messi Maradonaya çatdı - DÇ-2022
"Messi və Argentina xalqından üzr istəyirəm" - dünya çempionu
Argentina prezidenti və Maradonadan Messiyə dəstək
Messi Argentina millisindən getdi!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər