reklam
Sportfm.az xəbər saytı

"Turan Tovuz" yarımfinalda -Azərbaycan Kuboku


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Sportfm.az xəbər verir ki, 2-ci oyun gününə nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb.

 

Əvvəlcə "Turan Tovuz" "Kəpəz"i qəbul edib. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk oyunda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Buna görə də "Turan Tovuz" 2 oyunun cəmində yarımfinala adlayıb.

Digər oyunda isə "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşacaq. İlk oyunda "Zirə" qalib gəlib - 1:0. Qalib tərəf yarımfinalda "Turan Tovuz"la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinalın digər cütü artıq məlumdur. Finala gedən yolda "Qəbələ" "Səbail"lə qarşılaşacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

14:00. “Turan Tovuz” – “Kəpəz” - 2:2

Qollar: Faiq Hacıyev, 15 (1:0),  Xəyal Nəcəfov, 16 (2:0), Fərid Nəbiyev, 32 (2:1), 45+3 (2:2)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamal Umudlu

(Tovuz şəhər stadionu)

İlk oyun - 2:1

Oxşar xəbərlər

"Zirə" "Turan Tovuz"la heç-heçə etdi
"Turan Tovuz" "Zirə"yə qalib gəldi - Misli Premyer Liqası
Bu gün növbəti yarımfinalçılar müəyyənləşəcək - Azərbaycan Kuboku
"Qəbələ" "Qarabağ"ı məğlub etdi - Azərbaycan Kuboku
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər