reklam
Benzemaya qarşı kampaniyaya başlandı -
Sportfm.az xəbər saytı

Benzemaya qarşı kampaniyaya başlandı -KİV


Fransa Futbol Federasiyası İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzemaya qarşı aqressiv kampaniyaya başlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə CNN və "New York Times"ın jurnalisti Roman Molina şəxsi hesabında yazıb.

Onun sözlərinə görə, qurum digər oyunçulardan 35 yaşlı hücumçunun paylaşımlarının bəyənilməməsini istəyib.

Forvard dekabrın 19-da Fransa yığmasındakı karyerasını başa vurduğunu açıqlayıb. Təcrübəli oyunçu komanda ilə Qətərdəki dünya çempionatına getsə də, mundialdan əvvəl zədələnərək heyətdən çıxarılıb.

Benzema final görüşü üçün ölkə prezidenti Emanuel Makrondan dəvət alsa da, Qətərə getməkdən imtina edib. 

Qeyd edək ki, Fransa DÇ-2022-nin finalında Argentinaya məğlub olub.

Oxşar xəbərlər

Mahir irqçiliyə qarşı kampaniyaya dəstək verdi
Benzema karyerasını "Real Madrid"də davam etdirəcək - Qərarını verdi
Benzema DÇ-2022-nin finalında oynayacaq
Benzema ilə yeni müqavilə imzalanacaq - 2 illik
"Real" Benzema ilə müqavilə imzaladı - 2 illik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər