reklam
Şahmatçılarımız blits növündə mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Şahmatçılarımız blits növündə mübarizəyə başlayır -Dünya çempionatı


Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start veriləcək.

Sportfm.az xəbər verir ki, kişilərin mübarizəsində 12 tur, qadınların duelində 9 tur oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

Qeyd edək ki, mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı dekabrın 30-da başa çatacaq. Ötən gün rapid növündə qaliblər müəyyənləşib.

Oxşar xəbərlər

Dünya çempionatı başa çatır - Şahmat üzrə
Ən yüksək yerdə Rauf Məmmədov qərarlaşıb -
Rapid növündə qaliblər bəlli olacaq - Dünya çempionatı
Azərbaycan şahmatçıları növbəti görüşlərini keçirəcək - Dünya çempionatı
Şahmatçılarımız dünya çempionatında mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər