"İli sabaha inamla başa vururuq" -Fərid Qayıbov
"Sevindirici haldır ki, ili uğurla və sabaha inamla başa vururuq".
Sportfm.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov dekabr ayı ilə qurumun rəsmi saytındakı qeydində bildirib.
O, uğurlar və yeniliklərlə zəngin daha bir ili geridə qoyduqlarını vurğulayıb: "Dekabr həm də hesabat ayı olduğundan nöqteyi-nəzərimizin ilin idman yekunlarına fokuslanması təbiidir. Beynəlxalq yarışların sayı az olsa da, dekabrda idmançılarımız 30-dək medal qazandılar. Ümumilikdə isə il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal əldə ediblər".
F. Qayıbov il ərzində həm gənclər, həm də idman sahəsində kifayət qədər uğurlar əldə etdiklərini diqqətə çatdırıb: "Bu təbii ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqları və daimi dəstəyi sayəsində mümkün oldu. “Şuşa ili” çərçivəsində bu il qədim mədəniyyət paytaxtında bir sıra beynəlxalq və yerli tədbirlərimiz oldu. 2023-cü il ölkəmizdə “Heydər Əliyev ili” elan olunub. Gənclərə və idmançılara ümummilli liderimiz Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, növbəti ildə də qələbələr arzulayıram. Fürsətdən istifadə edərək, hər birinizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm".
Oxşar xəbərlər
Fərid Qayıbov: "Bu tariximiz üçün şərəfli səhifədir”
İdmançılarımızın ötən ay qazandıqları medalların sayı - SİYAHI
İdmançılarımız ötən ay 31 medal qazandı
Nazir medal qazanmış idmançılarla görüşdü
Nazir idmanda görülən işlərdən yazdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası