reklam
Sportfm.az xəbər saytı

"Həmin qətl hadisəsindən sonra istər valideynlər, istərsə də, idmançılar sarsıntı keçirirdi" -MÜSAHİBƏ


Bugün Şağan Olimpiya İdman Kompleksində vəhşicəsinə qətlə yetirilən cüdoçu Turan Rüstəmovun ölümündən 40 gün keçir. Bəs bu dəhşətli hadisədən sonra təşkil edilən yarışlarda təhlükəsizliklə bağlı hansısa bir dəyişiklik olubmu? Bu haqda Sportfm.az saytına "Mübarizlər" İdman Klubunun təsisçisi, məşqçi Elxan Əhmədov danışıb. Öncə xalqımızı yeni il bayramı münasibətilə təbrik edən klub rəsmisi, Turanın qətlindən sonra bir müddət istər valideynlərin, istərsə də, idmançıların psixoloji sarsıntı keçirdiyini bildirib. "İnsanların belə sarsıntı keçirməsi başadüşüləndi. Yeniyetmə cüdoçunun ailəsinə, məşqçilərinə başsağlığı diləyirəm. Ço çətindi. həm də belə hadisənin idmanda, yarışda baş verməsi daha da çətindi. Şağandakı hadisədən sonra bütün idman növləri üzrə yarışlarda təhlükəsizliklə bağlı məsələlərə çox ciddi yanaşılır. Şəxsən biz özümüz təşkil etdiyimiz kikboksinq turnirlərində idmançıları da, qonaqları, zala gələn tamaşaçıları da yoxlayırıq. Bütün yarışlara əlavə polis qüvvələri də asayişı qoruyur. Bu zəruridir. Buna görə İdman Nazirliyinə, Bakı İdman İdarəsinə dərin təşəkkürümü bildirirəm. Qarşıda bizi mötəbər, böyük yarışlar gözləyir. Mən inanıram ki, bundan sonra daha belə dəhşətli hadisə bir daha yaşanmayacaq və biz Azərbaycan idmanının və idmançılarının adını ancaq yüksək yerlərdə görəcəyik". 

Qeyd edək ki, Şağandakı yarışda Ruslan Səfixanov 16 yaşlı Turan Rüstəmovu bıçaqlayaraq öldürüb. 

Oxşar xəbərlər

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançıları qızıl medalları qazandı - Turnir
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
SON DƏQİQƏ: Bakıda idman zalında 16 yaşlı yeniyetməni öldürdülər
"Onlar saxtakarlığı bacarırlar" - Adil Əliyev
Şenol Günəşi vuran azarkeş tutuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər