Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” 200 min avro xərcə düşəcək
Kadi Borgesin transferindən əldə olunan 4,8 milyon avronun hamısı “Qarabağ”a çatmayacaq.
Sportfm.az xəbər verir ki, məbləğin 5 faizə yaxını onu 2019-cu ilədək (12-23 yaş dövrü) yetişdirmiş “Koritiba” klubuna ödəniləcək. Bu da təxminən 200 min avro deməkdir.
Rusiyanın “Krasnodar” klubuna keçən Kadi Borges yeni klubunda 2 milyon avro qazanacaq.
O, “Qarabağ” formasıyla bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Kadi Ağdam təmsilçisində ümumilikdə 74 oyunda iştirak edib. 28 qol vuran braziliyalı yarımmüdafiəçi elə 28 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.
Oxşar xəbərlər
Kadi əməliyyat olundu
Kadi üçün mövsüm bitdi
Kadi zədələndi
Kadi Borges “Qarabağ”dan ayrıldı
Kadi niyə “Qarabağ”ı atdı? - 10 dəfə çox qazanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası