Azərbaycan Atçılıq Federasiyası qanunu pozub -CƏRİMƏ EDİLƏ BİLƏR
“Atçılıq Federasiyası” İctimai Birliyinə gömrük qaydaları əleyhinə olan (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) inzibati xəta protokolu tərtib olunub.
Sportfm.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə edilir.
Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, 20 000 manatadək olan məbləğ başa düşülür.
İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Oxşar xəbərlər
“Mostbet”i reklam edən şəxslər saxlanıldı – FOTO
Baha qiymətə bilet satanlar saxlanıldı
"Qarabağ"dan Nurlan İbrahimovla bağlı açıqlama
Kamil Zeynallının vəkili danışdı: "Sərt cəza verilib"
Bakıda idmançı cərimələndi - Karantini pozduğu üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası