Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Mayın 2-dən 4-dək UEFA-nın dəstəyi ilə AFFA tərəfindən fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq.
Sportfm.az xəbər verir ki, fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Seminarda milli komandalarda, Premyer Liqada və I divizionda iştirak edən klublarda çalışan məşqçilər iştirak edə bilərlər.
Seminarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Məşqçi lisenziyasının surəti
Seminarda iştirak edən məşqçilərə yekunda müvafiq sertifikat veriləcək.
Qeydlər:
1. "UEFA-nın Klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarına əsasən lisenziya iddiaçısı olan klubun əsas komandasında ixtisaslı fiziki hazırlıq üzrə məşqçi çalışmalıdır. Kursdan sonra iştirakçılara təqdim olunacaq sertifikat qeyd olunan meyarın yerinə yetirilməsini təmin edəcək.
2. Sənədlər aprelin 20-dək qəbul olunur.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 11-30
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Oxşar xəbərlər
Məşqçilər üçün kurs keçiriləcək - FOTO
Məşqçi lisenziyaları yenilənəcək
Məşqçi lisenziyaları yenilənəcək
Bakıda UEFA kursu keçiriləcək
Məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası