Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Derbidə qırmızı rəng -"Mançester Yunayted"dən əzmkar qələbə
Futbol üzrə İngiltərə Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportfm.az xəbər verir ki, turun mərkəzi matçında "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. "Old Trafford" stadionunda oynanılan qarşılaşmada meydan sahibləri əzmkar qələbə qazanıblar - 2:1.
Hesabı 60-cı dəqiqədə qonaqlardan Cek Qriliş açıb. 78-ci dəqiqədə Brunu Fernandeş tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra isə Markus Reşford görüşdə son nöqtəni qoyub.
Bu qələbədən sonra xallarını 38-ə çatdıran "Mançester Yunayted" 3-cü pilləyə yüksəlib. 39 xalı olan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Arsenal" başçılıq edir.
Oxşar xəbərlər
Mançesterliləri biabır etdilər - Premyer Liqa
Mançester derbisində vurulan 3 qol - VİDEO
Böyük derbidə 9 qol - İngiltərə Premyer Liqası
"Mançester Yunayted" derbidə qalib gəldi - Premyer Liqa
Mançester derbisini mavi-ağlar qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası