reklam
“Qarabağ” ilk “50-lik”də -
Sportfm.az xəbər saytı

“Qarabağ” ilk “50-lik”də -Avropa reytinqi


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Avropa klublarının reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan siyahıda üç klublar təmsil olunur.

“Qarabağ” 139 xalla qitə reytinqinin 49-cu sırasında qərarlaşıb. Azərbaycanın reytinqdəki digər təmsilçisi “Neftçi” 66.5 xalla 146-cı yeri tutub. Ümumilikdə 265 klubun olduğu siyahıda “Zirə” 253-cü pillədə (50.25 xal) qərarlaşıb.

Avropa reytinqinə İngiltərənin “Liverpul” klubu başçılıq edir. Sonrakı pillələrdə qərarlaşmış komandaların siyahısını təqdim edirik:

  1. “Liverpul” (İngiltərə) – 273 xal
  2. “Çelsi” (İngiltərə) – 250
  3. “Mançester Siti” (İngiltərə) – 248
  4. “Real” (İspaniya) – 247
  5. “Benfika” (Portuqaliya) – 228
  6. “Portu” (Portuqaliya) – 224
  7. “Leypsiq” (Almaniya) – 220
  8. PSV (Niderland) – 215,5
  9. “Bayern” (Almaniya) – 208
  10. “Betis” (İspaniya) – 202

Oxşar xəbərlər

“Mançester Siti” dünyada birincidir
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
“Qarabağ” dünya reytinqində 78-cidir, bəs “Neftçi”?
Avropa Liqası: 1/16 finalın püşkü atıldı
Çempionlar Liqasında gecənin nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər