Futbol tariximizin ən bahalı transferləri
MDB ölkələrinin ən bahalı transferlərinin siyahısı açıqlanıb.
Sportfm.az xəbər verir ki, siyahıda Azərbaycan futbolçuları da yer alıb.
Siyahıda Azərbaycan futbol tarixində bir klubdan digərinə ən yüksək məbləğ qarşılığında keçən oyunçu kimi Narvik Sirxayev göstərilib. Millinin keçmiş üzvü 2001-ci ildə Rusiyada “Anji”ni Moskva “Lokomotiv”inə 1 milyon avroya dəyişib.
Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov ikinci pillədədir. O, 1992-ci ildə Rusiyanın “Dinamo” (Moskva) klubundan İspaniya təmsilçisi “Betis”ə 600 000 avroya keçib.
Üçüncü yeri bölüşən futbolçular isə hazırda karyeralarını davam etdirirlər. “Qarabağ”ın formasını geyinən Bəhlul Mustafazadəni 2021-ci ildə Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn” 500 000 avroya “Sabah”dan transfer edib. Amma Bəhlul bu komandada debüt etməyə vaxt tapmamış geri qayıdıb və “Qarabağ”la anlaşıb.
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov da 2019-cu ildə Portuqaliya “Eştoril”indən İngiltərə “Vulverhempton”una eyni qiymətə keçib. Ancaq o, heç bir rəsmi oyunda iştirak etmədən Premyer Liqa klubundan ayrılıb.
Ölkə daxilində bir klubdan digərinə ən baha qiymətə transfer olunan futbolçu Elnur Allahverdiyev sayılır. Azərbaycan millisinin keçmiş müdafiəçisini “Qəbələ” 2013-cü ildə “Xəzər Lənkəran”dan 450 000 avroya transfer edib.
MDB ölkələrinin ən bahalı futbolçusu ukraynalı Mixail Mudrikdir. 22 yaşlı yarımmüdafiəçi bu ay Donetsk “Şaxtyor”undan “Çelsi”yə 100 milyon avroya keçib.
Oxşar xəbərlər
La Liqanın ən bahalı futbolçusu
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Afrika tarixində ən bahalı futbolçular müəyyənləşdi - SİYAHI
Yay transfer pəncərəsinin ən bahalı transferi reallaşdı
"Barselona"dan 1 milyon 50 min avroya futbolçu aldılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası