reklam
Ayaz Quliyevin klubuna transfer qadağası -
Sportfm.az xəbər saytı

Ayaz Quliyevin klubuna transfer qadağası -Qərar


Rusiyanın “Ximki” klubuna transfer qadağası qoyulub.

Sportfm.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.

 

Xəbərdə bildirilir ki, qərar qurumun Mübahisəli Məsələlərin Həlli Palatasının iclasında qəbul edilib. Rusiya Premyer Liqasında çıxış edən klub “Joint Industries Limited Partnership” şirkəti qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün bu sanksiya ilə üzləşib. Bildirilib ki, “Ximki” üzərinə götürdüyü şərtlərə əməl etsə, transfer qadağası ləğv oluna bilər.

Xatırladaq ki, “Ximki”də AFFA-nın milliyə cəlb etmək istədiyi Ayaz Quliyev də çıxış edir.

Oxşar xəbərlər

Ayaz Quliyev Azərbaycanın klublarından təklif aldı
“Neftçi” Ayaz Quliyevi transfer edir
Quliyevdən uğursuz debüt
Ayaz Quliyev “Ximki” ilə anlaşdı - TRANSFER
Türkiyə klublarının qadağası ləğv olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər