reklam
Geriyə yol yoxdur -
Sportfm.az xəbər saytı

Geriyə yol yoxdur -Boykot davam edəcək


"Rusiya futbolunun Avropa ailəsinə dönməsi barədə söhbət gedə bilməz..." 
"İki pis şeydən ən az pisini seçmək lazım gələcək, burada ən az pis Rusiyanı boykot etməkdir..." 
İsveçrənin Nyone şəhərində Avropa Futbol İttifaqı ilə Rusiya Futbol İttifaqı nümayəndələrinin görüşü keçirilib. 
Sportfm.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri yazıb. 
Görüşdə Rusiya yığması və klublarının UEFA-nın himayəsi altında turnirlərə mümkün dönüşü mövzusu müzakirə edilib. 
Görüş nəficəsiz qalıb. UEFA aydın şəkildə anladıb ki, Rusiyanı öz sıralarında görmək istəsə də, hələlik, Rusiya futbolunun Avropa ailəsinə dönməsi barədə danışmaq imkanı yoxdur. 
Sadə dildə desək, Rusiya futbolu əvvəlkitək persona-non-qrata statusunda qalır. 
UEFA gözəl anlayır ki, Rusiyanın dönüşünə istənilən eyham UEFA-nın özünün sisteminin dağılması siqnalı ola bilər.  
İlk olaraq bunu polyaklar, sonra çexlər, daha sonra skandinavlar anladıb.  
Onlar hələ ötən il bəyan edib ki, Rusiya yığmasına qarşı dünya çempionatının peşəkar raundunun oyunlarından imtina edəcək. 
Hazırda bu meyl genişlənib, bu yaxınlarda bolqar və macar klubları Rusiya klubları ilə əvvəlcədən təyin edilən yoldaşlıq görüşlərinin keçirilməsindən imtina edib. Həm də bu qərara bu klubların azarkeşlərinin reaksiyası təsir edib. 
Bu, Rusiya futbolu və UEFA məmurlarının maraqları nöqteyi-nəzərindən baş verə biləcək ən pis şeydir. 
İndi Rusiyanın qayıdışı barədə nə qədər istəsən bəyan edə bilərsən, fəqət, rusiyalılarla oyunlardan kütləvi imtinalar başlayacağı təqdirdə UEFA nə etməlidir? 
Necə deyərlər, iki pis şeydən ən az pisini seçəcəklər, burada ən az pis şey Rusiyanı boykot etməkdir.

Oxşar xəbərlər

Rusiya beynəlxalq yarışlarda iştirak etməyəcək - İcazə qərarı ləğv edildi
Ukrayna rusları yaşıl meydanda görmək istəmir
UEFA Rusiyanı turnirə dəvət etdi
Azarkeşlər Rusiya Kubokunun matçlarını boykot etdi
Rusiya və Kosovo komandaları eyni qrupda yer almayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər