reklam
Musa Qurbanlı üçün əlamətdar oyun
Sportfm.az xəbər saytı

Musa Qurbanlı üçün əlamətdar oyun


“Qarabağ”ın iki futbolçusu yubiley qolunu vurub.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XIX turuna təsadüf edib. “Turan Tovuz”la görüşdə hesabı açan Musa Qurbanlı Ağdam klubunun formasında 25-ci dəfə fərqlənib. 21 yaşlı hücumçu Premyer Liqada 22, Azərbaycan kubokunda 3 dəfə rəqib qapılarına yol tapıb.
Bu matç həm də Qurbanlının “Qarabağ”da yubiley görüşü olub. 50-ci dəfə meydana çıxan forvard çempionatda 36, kubokda 5, avrokuboklarda 9 dəfə şans qazanıb.
“Turan Tovuz”la görüşdə ağdamlıların ikinci qoluna imza atan Ramil Şeydayev komandasında 30-cu dəfə fərqlənib. O, Premyer Liqada 23, kubokda 4, avrokubokda 3 dəfə qol sevinci yaşayıb.
​Qeyd edək ki, “Qarabağ” bu səfər qarşılaşmasında 3:2 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

Musa Qurbanlı Azərbaycan çempionatında yubiley oyununu keçirib
Ramildən 50-ci oyun, 25-ci qol
“Qarabağ” 100-ə çatdı - Premyer Liqa
“Zirə”nin futbolçusundan yubiley qolu
III turu "Qarabağ" və "Neftçi"nin futbolçuları üçün əlamətdar oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər