reklam
Mikels “Sabah”da tarix yazdı
Sportfm.az xəbər saytı

Mikels “Sabah”da tarix yazdı


Coy Lens Mikels “Sabah”ın tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

Sportfm.az xəbər verir ki, almaniyalı futbolçu paytaxt klubunun Premyer Liqada 150-ci qolunu vurub.

Bu, “Neftçi” ilə Premyer Liqanın 19-cu tur oyununda reallaşıb. “Sabah”ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Mikels penaltidən yararlanıb.

Yüksək liqada 2018/19 mövsümündə debüt edən “Sabah” 150-ci qola 123-cü oyunda çatıb. Komandanın hesabında ümumilikdə 151 top var. Paytaxt təmsilçisinin orta məhsuldarlığı 1,23-ə bərabərdir. Bakılılar evdə 78, səfərdə 73 dəfə fərqləniblər.

“Sabah” Premyer Liqada ən azı 150 qol vuran 23-cü komandadır.

Oxşar xəbərlər

“Sabah”dan 100-cü qol
“Sabah”ın yubiley qolu - Premyer Liqa
“Sabah”da yubiley və rekordlar - Azərbaycan Premyer Liqası
“Sabah”ın yubiley qolu - Premyer Liqa
"Kəpəz"in sabiq futbolçusu komandasının yubiley qolunu vurdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər