reklam
Messi 2022-ci ilin ən yaxşı oyunçusu seçildi -
Sportfm.az xəbər saytı

Messi 2022-ci ilin ən yaxşı oyunçusu seçildi -“The Guardian”


Lionel Messi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sportfm.az xəbər verir ki, futbolçu “The Guardian” qəzetinin reytinqi üzrə birinci yerdə qərarlaşıb.

PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2022-ci il reytinqində 2-ci, “Real” Madridin futbolçusu Kərim Benzema isə 3-cü yerdədir. 4-cü yerdə Erlinq Holand (“Mançester Siti”), 5-ci yerdə 37 yaşlı Luka Modriç (“Real” Madrid) qərarlaşıb.

İlk onluğa həmçinin Kevin de Brüyne (6-cı yer, “Mançester Siti”), Robert Levandovski (7-ci yer, “Barselona”), Vinisius Junior, Tibo Kurtua (8-ci və 9-cu yerlər, hər ikisi – “Real” Madrid) və Məhəmməd Salah (10-cu yer, “Liverpul”) daxil edilib.

Oxşar xəbərlər

Mövsümünün ən yaxşı futbolçuları – SİYAHI
İlin ən yaxşı oyunçusu adına namizədlər - SİYAHI
Mbappe birinci sırada yer alır - DÇ-2022
“Qızıl top”a namizədlər - Yeni siyahı
Levandovski ən yaxşı oldu - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər