Polşa – Azərbaycan oyununun keçiriləcəyi yer məlum oldu -DÇ-2024
DÇ-2024-ün əsas mərhələsi çərçivəsində martın 7-də keçiriləcək Polşa – Azərbaycan oyununun məkanı müəyyənləşib.
Sportfm.az xəbər verir ki, qarşılaşma Koszalin (Koşalin) şəhərindəki idman zalında keçiriləcək. Bu matç 6-cı qrupun sonuncu görüşü olacaq. Oyunun başlama saatı hələ açıqlanmayıb.
Buna qədər Azərbaycan millisi Bakıda Yunanıstan yığmasını qəbul edəcək. Martın 3-də, saat 20:00-da başlayacaq oyun Bakı İdman Sarayında keçiriləcək.
Buna qədər əsas mərhələdə 2 oyun keçirmiş millimiz maksimum xalla turnir cədvəlinə başçılıq edir. Komandamız ötən ilin oktyabrında Bakıda Polşanı 4:3, səfərdə isə Yunanıstanı 7:0 hesabı ilə üstələyib.
Polşa yığması isə 3 oyun keçirib. Yunanıstan yığmasını hər iki dueldə yenən polşalılar yeganə məğlubiyyəti millimizdən alıb. Polşa – Azərbaycan oyunu qrup qalibini müəyyənləşdirmək baxımından əhəmiyyətli hesab olunur. Həmin dueldə komandamıza heç-heçə də sərf edəcək.
Oxşar xəbərlər
Millimiz Yunanıstana qalib gəldi - DÇ-2024
Millimiz Yunanıstanla qarşılaşacaq - DÇ-2024
Polşa – Azərbaycan oyununun başlama saatı - DÇ-2024
Millimizin Yunanıstanla oyununun yeri və saatı məlum oldu - Dünya çempionatı
Futzal millimiz Polşaya qarşı - DÇ-2024
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası