Amin üçün 11 milyon avro -TRANSFER
Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Herenven” klubunun hücumçusu Amin Sarrı transfer edib.
21 yaşlı futbolçunun transferi üçün 11 milyon avro ödənilib. Onunla müqavilə 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulub.
Sarr 2022-ci ilin yanvarından oynadığı “Herenven”də 35 oyuna 11 qol vurub. İsveçli hücumçu daha öncə “Malmö”, “Husie” və “Myallbu” kimi klubların da formasını geyinib.
Lion “Olimpik”i yarımmüdafiəçisi Jeff Ren-Adelaidi də “Trua” klubuna icarəyə verib. Fransadan olan 25 yaşlı futbolçu bu mövsümün sonuna kimi Liqa 1-in digər təmsilçisinin uğurları üçün çalışacaq. “Lans”ın yetirməsi olan Jeff Ren-Adelaid 2016-cı ildə bu klubdan London “Arsenal”ına transfer olunsa da, İngiltərə təmsilçisində forma geyinməyib. Bu üzdən də “Anje”yə icarəyə verilib. 2018-ci ildə “Anje” 1.6 milyon avro ödəməklə onun transfer hüquqlarını da alıb. Lionlular isə 2019-cu ilin avqust ayında yarımmüdafiəçini 25 milyon avro qarşılığında heyətlərinə cəlb ediblər. Ren-Adelaid bu komandada meydana çıxdığı 48 oyunda 2 qol vurub.
Oxşar xəbərlər
Premyer Liqa klubunda 18 milyonluq oyunçu - TRANSFER
Adlı-sanlı klub diviziondan oyunçu aldı
Premyer Liqa klubu Denni İnqzi transfer edib
20 yaşlı futbolçu üçün 9 milyon avro
Məhəmmədin yerinə Haris - Keçid
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası