reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın 5 futbolçusu "təhlükəli zonada"


Misli Premyer Liqasının XXI turuna "Sabah" və "Səbail"in görüşü ilə yekun vurulacaq.

Sportfm.az cütlüyün sarı vərəqə limitində olan futbolçuları ilə bağlı məlumatı təqdim edir.

Meydan sahibi "Sabah"ın heyətində 5 futbolçu sarı vərəqə limitindədir. Serbiyalı müdafiəçi Boyan Letiç III, IX və XII turlarda, yarımmüdafiəçi Ceyhun Nuriyev II, III və XV turlarda, yarımmüdafiəçi Anatoli Nuriyev VIII, IX və XX turlarda "sarı" alıblar.almaniyalı yarımmüdafiəçi Coy Lens Mikels II, IV və V turlarda, nigeriyalı hücumçu Emmanuel Apeh isə VII, XVII və XVIII  turlarda sarı vərəqə ilə cəzalandırılıblar. "Səbail"lə oyunda qazanılacaq daha bir "sarı" adıçəkilən oyunçular XXII turda "Qarabağ"la səfərdə meydana çıxmayacaqla.

"Səbail"də isə bu göstəricinin sayı 3-ə bərabərdi. Qonaq komandanın heyətində 3 futbolçu sarı vərəqə limitindədir. Müdafiəçi Turan Manafov II, V və IX, yarımmüdafiəçi Emil Martinov XIV, XVII və XVIII, hücumçu Ağabala Ramazanov isə III, V və X turlarda sarı vərəqə ilə cəzalandırıblar. Nəticədə hər üç futbolçu "Sabah"la səfər oyununda sarı vərəqə alacaqları təqdirdə, XXII turda "Zirə" ilə ev oyununu buraxmalı olacaqlar.

Oxşar xəbərlər

Murad Musayev ən çox vərəqə alan məşqçidir - Misli Premyer Liqası
"Turan" - "Sumqayıt": kimlər diqqətli olmalıdı!
5 nəfər limitdə...
17-ci turu buraxacaq futbolçular
112 oyunda 81 qələbə, 31 heç-heçə - Premyer Liqamızın statistikası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər