"Turan Tovuz"dan Türkiyəyə dəstək -Təqdirəlayiq addım
"Turan Tovuz" Türkiyədə baş verən güclü zəlzələyə görə qardaş ölkəyə dəstək olmaq üçün təqdirəlayiq addım atıb.
Sportfm.az xəbər verir ki, klub Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"lə matçın bilet satışından əldə olunacaq bütün gəliri yarım məqsədi ilə Türkiyəyə göndərəcək. Bu barədə "Turan Tovuz"un mətbuat xidməti məlumat yayıb.
Qərb derbisi oyun üçün biletlər artıq satışa çıxarılıb. Biletlərin qiyməti isə 2 AZN təşkil edir. "Turan Tovuz" azarkeşləri matça bilet almaqla Türkiyəyə dəstək olmağa səsləyib.
Qeyd edək ki, fevralın 11-də keçiriləcək "Turan Tovuz" - "Kəpəz" oyunu saat 14:00-da başlayacaq.
Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ baş verib. Fəlakət nəticəsində çox sayda ölənlər və yaralananlar var.
Oxşar xəbərlər
"Turan Tovuz" "Kəpəz"i böyük hesabla uddu - Misli Premyer Liqası
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Turan Tovuz"un aksiyası Türkiyədə gündəm oldu - FOTO
“Turan Tovuz” 7 min yardım etdi
"Turan"ı yaşıl meydanda görmək istəyənlər üçün bilet
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası