reklam
Gənc gürcü Avropanı ayağa qaldırıb...
Sportfm.az xəbər saytı

Gənc gürcü Avropanı ayağa qaldırıb...


“Napoli” İtaliya A Seriyasının tarixində ən yaxşı 3-cü nəticəyə imza atıb.

Sportfm.az xəbər verir ki, Neapol klubu bunu ilk 22 turda 59 xal qazanmaqla bacarıb.

Luçano Spalettinin çalışdırdığı komanda bu göstəricidə yalnız “İnter” (2006/2007, 60 xal) və “Yuventus”dan (2018/2019, 60 xal) geri qalır.

“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya isə Avropanın TOP-5 liqasında göstəricilərinə görə ən uğurlu debütant olub. O, İtaliya çempionatında keçirdiyi 18 matçda 9 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb.

“Napoli” son turda “Kremoneze”ni məğlub edib (3:0). Komanda 2022/23 mövsümündə ölkə çempionatında yalnız “İnter”ə uduzub, “Fiorentina” və “Leççe” ilə “sülh”ə razılaşıb.

Oxşar xəbərlər

"Napoli" İtaliya çempionu oldu
“İnter” lideri devirdi - A Seriyası
Madrid “Real”ı gürcü futbolçunu istəyir
İlk turun təqvimi dəqiqləşdi - A Seriyası
Milan klublarından 8 qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər