reklam
VAR hakiminə ağır cəza -
Sportfm.az xəbər saytı

VAR hakiminə ağır cəza -Oyunlardan kənarlaşdırıldı


İngiltərəli VAR hakimi Li Meyson Premyer Liqanın 23-cü turunda "Arsenal" - "Brentford" görüşündəki səhvinə görə növbəti turun oyunlarından kənarlaşdırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

 

Meyson sözügedən görüşdə "Brentford"un bərabərlik qolu zamanı səhvə yol verib. O, qol vaxtı ofsaydı aşkarlaya bilməyib və İvan Toninin qolu qeydə alınıb. Nəticədə oyun bərabərliklə başa çatıb.  

Premyer Liqa hakimliyinə cavabdeh olan PGMOL bildirir ki, Meyson ofsaydı aşkarlamaq üçün lazımi xəttlərin çəkilməsini unudub. Araşdırmadan sonra məlum olub ki, hakim həmin vaxt səhv edib.

Qeyd edək ki, Li Meyson həm də sabiq referidir.

Oxşar xəbərlər

"Brentford" - "Mançester Yunayted" 1:3 - VİDEO
Mövsümün ilk qolsuz oyunu - Premyer Liqa
18 yaşlı hücumçu ayın futbolçusu seçildi
18 yaşlı oyunçu hər kəsi qabaqladı
Nevroloqla məsləhətləşdi, karyerasını bitirdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər