Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Azərbaycan adət-ənənələrlə zəngin ölkədir" -"Neftçi"nin yeni transferi
"Neftçi"nin braziliyalı yeni transferi Mateus Saldanya ölkəsinin mətbuatına açıqlama verib.
Sportfm.az xəbər verir ki, Azərbaycanla bağlı ilkin təəssüratlarını bölüşən hücumçu hələ komandaya uyğunlaşmadığını deyib:
"Mənim üçün yeni təcrübədir. Azərbaycanın özünəxas mədəniyyəti var. Adət-ənənələrlə zəngin ölkədir. Bu ölkəni daha yaxından tanımaqdan zövq aldım.
Hələ tam uyğunlaşmamışam. Buna baxmayaraq, əlimdən gələni edirəm. İlk qolumu vurdum və bu, üzərimdəki təzyiqi azaltdı. Oyunumu daha da yaxşılaşdırmaq istəyirəm".
Xatırladaq ki, "Neftçi" Saldanyanı Yaponiyanın "Cef Yunayted İtixara Tiba" klubundan icarəyə götürüb.
Oxşar xəbərlər
Saldanya "Neftçi" ilə belə vidalaşdı - "Gözəl mövsümünüz olsun. Minnətdaram"
"Xoşbəxt və motivasiyalıyam" - "Neftçi"nin yeni oyunçusu
"Neftçi" Saldanya ilə müqavilənin müddəti məlum oldu - Detallar açıqlanmadı
“Neftçi” braziliyalısı - RƏSMİ
"Azərbaycan dünyanın ən təhlükəsiz yerlərindən biridi" - Vaqner da Silva
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası