Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Napoli" Kvaratsxeliyaya qiymət qoydu -100 milyondan çox
"Napoli" futbolçusu Xviça Kvaratsxeliyaya qiymət qoyub.
Sportfm.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. İtaliya təmsilçisi 22 yaşlı yarımmüdafiəçini transfer etmək istəyən klublardan 100 milyon avrodan çox məbləğ tələb edəcək.
Qeyd edək ki, Xviça Kvaratsxeliya 2022-ci ilin yayında Batumi "Dinamo"sundan 10 milyon avroya "Napoli"yə keçib. Bu mövsüm forvard bütün yarışlarda 24 matçda 12 qol vurub, 14 qolun ötürməsini verib. Kvaratsxeliya ilə "Napoli" arasındakı müqavilə 2027-ci ilin yayına qədərdir. O, Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.
Oxşar xəbərlər
Xviça klubunu dəyişmək istəmir - "Napoli"də qalacaq
Kvaratsxeliyaya fantastik təklif - 180 milyon avro
Kvaratsxeliya "Napoli"ni tərk etməyəcək - Qərarını verdi
Gürcü futbolçunun qiyməti 100 milyon avroya qalxdı
Gürcü futbolçu “Napoli”yə keçdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası