reklam
“Turan Tovuz” ilklərə imza atdı -
Sportfm.az xəbər saytı

“Turan Tovuz” ilklərə imza atdı -Misli Premyer Liqası


“Turan Tovuz” Misli Premyer Liqasının 23-cü turunda ilklərə imza atıb.

Sportfm.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “Sabah”a səfər görüşündə 2:0 hesabı ilə qalib gəlib.

Tovuzlular ilk dəfə rəqib meydanında keçirdiyi Premyer Liqa matçında 2 qol vurublar. Bunadək səfərdə birdən çox qol vurmayan debütant səfərdə ən böyük fərqli qələbəsini qazanıb. “Turan Tovuz” əvvəlki üç qələbəsini bir top fərqi ilə əldə edib.

Tovuzlular həm də, ilk dəfə ardıcıl iki səfər görüşündə qalib gəliblər. Qərblilər fevralın 6-da “Şamaxı”nı bir qolla üstələyiblər. Komanda debüt mövsümünün əvvəlki qarşılaşmalarında belə seriyaya imza atmayıb.

Oxşar xəbərlər

"Turan Tovuz"dan yubiley qələbəsi
"Turan Tovuz" Premyer Liqada 20-ci qələbəsini qazandı
“Turan Tovuz”un tarixində bir ilk
"Neftçi" “Turan”a ilklər yaşatdı
Nicat Qurbanovun yubiley qolu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər