Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Gent”in daha 2 oyunçusu “Qarabağ”la oyunu buraxacaq -Konfrans Liqası
UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Gent”in daha iki futbolçusu Belçikadakı cavab oyununu buraxa bilər.
Sportfm.az xəbər verir ki, müdafiəçi Cozef Okumu və yarımmüdafiəçi Endryü Hülsager “köhlən atlar”la matçda olmaya bilər.
Okumu Bakıdakı ilk oyunda xəsarət alıb. Hülsager isə “Aud-Heverle Lövyen”lə çempionatın 26-cı tur matçında sıradan çıxıb.
Daha əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmada zədələnən Alessio Kastro-Montesin də növbəti oyunda iştirakı sual altındadır.
“Qarabağ” “Gent”ə qarşı cavab matçını fevralın 23-də Belçikada keçirəcək. İlk oyunda “köhlən atlar” 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
“Qarabağ” Bakıya qayıtdı
"Gent"in "Qarabağ"la oyun üçün iştirak ərizəsi - SİYAHI
“Gent” Bakıya yola düşdü - FOTO
Kamil “Gent”ə kömək edə bilməyəcək - İTKİ
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü - Belçika çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası