Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionu məşqçiliyə başladı
Azərbaycanda Bakı "İnter"i (indiki "Şamaxı") və "Neftçi"də çıxış etmiş Giorgi Navalovski məşqçiliyə başlayıb.
Sportfm.az xəbər verir ki, o, "Saburtalo" klubunda çalışacaq. Bu barədə Gürcüstan təmsilçisinin saytı məlumat yayıb. Bildirilir ki, Navalovski baş məşqçi Omar Tetradzenin köməkçisi təyin edilib.
Navalovski 2009-2010 mövsümünün ikinci yarısında "İnter"də icarə əsasında çıxış edib və Azərbaycan çempionu olub. 2016-2017 mövsümündə "Neftçi"də oynayan futbolçu "ağ-qaralar"ın heyətində 13 matça çıxıb. O, keçən ilin dekabrında futbolçu karyerasını başa vurub.
Oxşar xəbərlər
Azərbaycan çempionu karyerasını bitirdi
Millimizin sabiq üzvü məşqçiliyə başladı
"Neftçi" Kane ilə vidalaşdı - Yeni klubuna qoşulacaq
XVIII tur rəqəmlərin gözü ilə
Azərbaycan və Gürcüstan milli komandalarının futbolçuları "Neftçi"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası