reklam
Azərbaycan boksçuları 18 medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan boksçuları 18 medal qazandı -Beynəlxalq turnir


Azərbaycanın gənc və yeniyetmə oğlan boksçuları Rumıniyanın Arad şəhərində keçirilən beynəlxalq turnirdə 18 medal qazanıblar.

Sportfm.az xəbər verir ki, bunlardan 7-si qızıl, 3-ü gümüş, 8-i bürünc medaldır.

Bu medallardan 11-ni yeniyetmə boksçular qazanıb. Aradda həlledici görüşlərdə rinqə 9 təmsilçimiz çıxıb ki, onlardan da 2 çəki dərəcəsində yığma üzvləri bir-birini sınağa çəkib. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq), Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər 5 finalçının rəqibi isə rumıniyalılar olub. Bu duellərdən 4-də Azərbaycan idmançıları qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə (57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni (Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) – Aleksandru Butoi görüşündə isə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri tutub.

Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq) sahib olublar.

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan himnini səsləndirib. O, finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.

Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48 kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80 kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıb.

Beləliklə, yeniyetmə boksçular 6 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə 1 qızıl və 6 bürünc mükafata yiyələniblər.

Komanda martın 1-də Bakıya qayıdacaq.

Oxşar xəbərlər

Azərbaycan boksçularından 14 medal - Beynəlxalq turnir
Boksçularımız beynəlxalq turnirə qələbə ilə başladı
Azərbaycan boksçularının 2022-ci ildə qazandıqları medalların sayı - 77
Yeniyetmə boksçularımızdan böyük uğur
Azərbaycan boksçuları beynəlxalq turnirdə birinci oldu - 10 medal

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər