“Qarabağ” "Neftçi"dən 23 milyon manat çox qazanıb
UEFA-nın ötən il Azərbaycan Premyer Liqasında çıxış edən klublara ayırdığı maliyyə vəsaiti bəlli olub.
Sportfm.az xəbər verir ki, Avropa futbol qurumu 8 kluba 28 milyon 924 min 10 manat ödəyib.
Bu, 2021-ci ildə Azərbaycan təmsilçilərinə ödənilən məbləğdən 12 milyon 627 min 912 manat çoxdur.
“Qarabağ”a 24 497 200 manat, “Neftçi”yə 1 635 397 manat, “Zirə”yə 961 395 manat, “Qəbələ”yə 847 787 manat, “Sumqayıt”a 847 787 manat, “Sabah”a 320 749 manat, “Şamaxı”ya 165 465 manat, “Səbail”ə isə 146 931 manat ödəniş edilib.
Klubların Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında çıxışı ilə əlaqədar və digər layihələrə görə UEFA-dan ayrılan maliyyə vəsaitləri AFFA-nın hesabına və müvafiq olaraq assosiasiya tərəfindən klubların hesabına köçürülüb.
Oxşar xəbərlər
UEFA-nın ötən il klublarımıza ödədiyi vəsaitin məbləği bilindi
PFL-in pulu azaldılıb
“Neftçi” ötən ili mənfəətlə başa vurdu
AFFA-nın 2019-cu il üçün maliyyə hesabatı - SİYAHI
Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası