reklam
PSJ azarkeşlərə müraciət etdi
Sportfm.az xəbər saytı

PSJ azarkeşlərə müraciət etdi


Fransanın PSJ klubu azarkeşlərinə müraciət edib.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi fanatlarına ünvanladığı elektron-məktubda aşağıdakı sözləri qeyd edib:

“Yaşadığımız çətin anlarda göstərdiyiniz səyləri bilirik. Almaniyada inanılmaz dəstək göstərdiyiniz üçün minnətdarıq! PSJ ailəsi çətinliklərin öhdəsindən gəlməyi, dirçəlməyi və bütün çətinliklərə baxmayaraq, birliyini qorumağı yaxşı bacarır.

Biz birlikdə olan zaman güclüyük. Diqqətimizi gələcəyə yönəltməliyik ki, çempionluq yaşayaq. 11-ci dəfə Fransa çempionu olmağımız hazırda əsas məqsədimizdir. Bu, rekord göstərici olacaq”.

Xatırladaq ki, PSJ UEFA Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən, “Bayern”ə uduzub (0:3) və turnirlə vidalaşıb.

Oxşar xəbərlər

“Neftçi” azarkeşlərə müraciət etdi
“Qarabağ” azarkeşlərinə müraciət etdi
"Qarabağ" azarkeşlərinə müraciət etdi - "Kayrat"la oyun öncəsi
İspaniya klubu fanatlarına müraciət etdi - Koronavirus təhlükəsi var
“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər