reklam
“Gəncə” öz meydanında qalib gəldi -
Sportfm.az xəbər saytı

“Gəncə” öz meydanında qalib gəldi -Basketbol Liqası


Azərbaycan Basketbol Liqasında XXI turun daha bir oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, “Gəncə” doğma azarkeşləri önündə “Sərhədçi”ni qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində baş tutan görüş ev sahiblərinin 86:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular “Gəncə”dən Kollin Törner (24 xal, 6 ribaund), “Sərhədçi”dən isə Maykl Diqqins (32 xal, 13 ribaund) olub.

Qeyd edək ki, XXI tura martın 12-də Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Oxşar xəbərlər

“Gəncə” Azərbaycan kubokunun yarımfinalında
“Gəncə” “Olimpik Şəki”yə qalib gəldi
“Sabah”dan növbəti qələbə - Basketbol Liqası
“Gəncə” doğma azarkeşləri önündə qalib gəldi
“Gəncə” məğlub oldu - Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər