Şahmat millimizin üçün heyəti -Avropa çempionatı
Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Monteneqronun Petrovaç şəhərində keçiriləcək şəxsi Avropa çempionatına yollanacaq heyəti məlum olub.
Sportfm.az xəbər verir ki, milli komanda martın 18-də start götürəcək qitə birinciliyində 14 şahmatçı ilə mübarizə aparacaq.
Azərbaycanı yarışda Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Xəyalə Abdulla, Səbinə İbrahimova, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Nərmin Abdinova, Mələk İsmayıl, Nazlı Hümbətova və Lalə Hüseynova təmsil edəcəklər.
11 turdan ibarət olan Avropa çempionatında 35 ölkə iştirak edəcək. Martın 29-dək davam edəcək turnirin mükafat fondu 60000 avro təşkil edir.
Oxşar xəbərlər
Ən yaxşı nəticəyə Gülnar Məmmədova imza atdı
Beydullayeva zəkasını işlətdi - Avropa çempionatı
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Azərbaycan çempionatının püşkü atıldı
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası