“Qarabağ”ın bacarmadığını onlar bacardı -UĞUR
Bu mövsüm “Qarabağ”ın Avropa kuboklarında qarşılaşdıqları rəqiblərdən bəziləri qitəmiqyaslı yarışda çıxışlarını davam etdirirlər.
Qol.az xəbər verir ki, “Gent”dən (Belçika) sonra Polşanın “Lex” komandası da Konfrans Liqasında 1/4 finala vəsiqə qazanıb. Poznan təmsilçisi evdə 2:0 hesabı ilə qalib gəldiyi “Yurqorden”i İsveçdə də məğlubiyyətə uğradıb - 3:0.
Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Lex”i mübarizədən kənarlaşdırmışdı (səfərdə 0:1, evdə 5:1).
“Qarabağ”ın bu mövsüm qarşılaşdığı daha iki komanda isə yarışdığı Avropa Liqasında mübarizəni 1/8 finalda başa vurub. “Ferensvaroş” (Macarıstan) İsveçrə “Bazel”inə (hər iki görüşdə 0:2) “Frayburq” (Almaniya) isə “Yuventus”a uduzaraq (0:2, 0:1) turnirlə vidalaşıb.
Qeyd edək ki, “Qarabağ” ÇL-in üçüncü təsnifat mərhələsində “Ferensvaroş”u üstələmişdi (evdə 1:1, səfərdə 3:1). “Frayburq”la Avropa Liqasının qrup mərhələsində isə almanlar evdəki oyunda 2:1 hesabı ilə qalib gəlib, Bakıda matç heç-heçə yekunlaşıb - 1:1.
Oxşar xəbərlər
“Qarabağ”ın rəqibi səfərdən xalsız döndü - Belçika çempionatı
Konfrans Liqasında pley-offun püşkü atıldı
"Qarabağ"ın pley-offdakı rəqibi müəyyən oldu
“Qarabağ”ın qrup oyunlarının təqvimi - Konfrans Liqası
“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yığmamız pley-offda - Dünya çempionatı
-
Asiya Açıq Turnirinə 27 cüdoçu ilə gedirik - SİYAHI
-
"O, ora getdi, bura gəlməsin, bu, bura gəldi, ora getməsin" - AFFA-nın təfəkkürü
-
“Neftçi” azarkeşləri üçün 7 sektor ayrıldı - Premyer Liqa
-
"Aston Villa" - "Fənərbaxça" - VİDEO
-
"Sabah"ın qapıçısı rəmzi komandada - Çempionlar Liqası














Misli Premyer Liqası