reklam
Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər
Sportfm.az xəbər saytı

Azərbaycan çempionu 5 legionerlə vidalaşa bilər


Azərbaycan çempionu "Telekom" 5 voleybolçusu ilə vidalaşa bilər.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, buna səbəb komandanın bəzi legionerləri ilə müqaviləsinin başa çatmağıdı.

Belə ki, ötən mövsümün əvvəlində transfer olunan Yovana Vesoviç (Serbiya), son 2 ili Bakı klubunda oynayan Kseniya İvanoviç (Monteneqro), Aleksandra Petroviç (Serbiya), Qabriela Koyeva və Mariya Filipova (hər ikisi Bolqarıstan) ilə bağlı yekun qərar verilməyib. Onların komandada qalıb-qalmayacağını baş məşqçi Zoran Qayiç müəyyənləşdirəcək.
 
Serbiyalı mütəxəssis 2017/2018 mövsümündə qarşılarına qoyulacaq hədəfə uyğun olaraq, legionerlərin xidməti ilə bağlı qərarını açıqlayacaq.
 
Qeyd edək ki, "Telekom" yeni ildə Çempionlar Liqasında oynayacaq.

Oxşar xəbərlər

Azərbaycan çempionu Ukrayna klubunda
Azərbaycan çempionu Polşa klubunu seçdi
Azərbaycan klubu üçün 7 yeni voleybolçu
“Telekom”da yeni imza
Serbiya yığmasının voleybolçusu “Telekom”da - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər