Türklər haylara dərs keçdi -Avro-2024-ün seçmə mərhələsi
Avro-2024-ün seçmə mərhələsində 1-ci turun oyunları davam edir.
Sportfm.az xəbər verir ki, bu gün üçün A, D, və İ qruplarında nəzərdə tutulan ümumilikdə 7 matçdan 4-ü başa çatıb.
Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvandakı görüşdə Türkiyə yığması 2:1 hesablı əzmkar qələbə qazanıb.
Bu matç sözügedən komandalar arasında ümumilikdə 3-cü oyun olub. Türkiyə və Ermənistan bundan əvvəl DÇ-2010-un seçmə mərhələsində eyni qrupda yer alıblar. Həmin vaxt Türkiyə Ermənistanı həm evdə, həm də səfərdə 2:0 hesabı ilə məğlub edib.
Avro-2024, seçmə mərhələ, 1-ci tur
D qrupu
21:00. Ermənistan - Türkiyə - 1:2
Qollar: Ozan Kabak, 10-avtoqol (1:0), Orkun Kökçü, 34 (1:1), Kerem Aktürkoğlu, 63 (1:2)
Oxşar xəbərlər
Xorvatiya Ermənistanı məğlub etdi - AVRO-2024
Türkiyə millisi Ermənistana qarşı - AVRO-2024
İspaniya Norveçə şans tanımadı - Avro-2024-ün seçmə mərhələsi
Türkiyə Ermənistana qarşı - AÇ-2024
Türkiyə millisi İtaliyaya məğlub oldu - AVRO-2020
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası