reklam
Şəhruz Mustafayevi “Mingəçevir”dən göndərdilər
Sportfm.az xəbər saytı

Şəhruz Mustafayevi “Mingəçevir”dən göndərdilər


Azərbaycanın 1-ci divizionunda növbəti baş məşqçi istefası reallaşıb. “Mingəçevir”ə rəhbərlik edən Şəhruz Mustafayev işindən ayrılıb.

Sportfm.az xəbər verir ki, ötən ilin dekabrından Mingəçevir təmsilçisinə baş məşqçi təyin olunan Mustafayev komandanın “sükanı arxasında” keçirdiyi 6 görüşdə 2 heç heçə və 4 məğlubiyyətlə üzləşib. İstefanın səbəbi də onun cari mövsümdə “Mingəçevir”ə qələbə qazandıra bilməməsidir.

Bölgə klubunda bu mövsüm artıq 2-ci məşqçi istefası reallaşır. Daha öncə Azər Həşimov da öz istəyi ilə “Mingəçevir”lə yolları ayırmışdı.

Yeni baş məşqçinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

“Mingəçevir” cari mövsümdə keçirdiyi 20 oyunda 15 xal yığıb və turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

"Mingəçevir" 1-0 "Qəbələ" - VİDEO
"Neftçi" 2-1 "Mingəçevir" - VİDEO
"Mingəçevir" 5 futbolçusunu göndərdi - Ayrılıq
“Zirə” 3-0 “Mingəçevir” - VİDEO
"Mingəçevir" 0-4 "Qarabağ" - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər