reklam
Sportfm.az xəbər saytı

"Turan" "Sumqayıt"la üz-üzə -YENİLƏNİR


Bu gün Misli Premyer Liqasında XXVIII tura start veriləcək.

Sportfm.az xəbər verir ki, günün yeganə matçı "Turan Tovuz" və "Sumqayıt" komandaları arasında olacaq.

Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı baş hakim Rəşad Əhmədov idarə edəcək.

27 turdan sonra "Turan Tovuz" 28 xalla 6-cı, "Sumqayıt" 21 xalla 8-ci pillədə qərarlaşıb. Qərb təmsilçisi son 4 matçında qələbə qazana bilməyib. Gənclik şəhəri təmsilçisi isə son 2 oyununda "Sabah"a 0:4, "Qarabağ"a 0:6 hesabı ilə uduzub.

Bu komandalar indiyədək yalnız cari mövsümdə üz-üzə gəliblər. İlk dövrədə tərəflər qolsuz sülhə razılaşıbsa, sonrakı qarşılaşmalarda "Turan Tovuz" 1:0, "Sumqayıt" isə 2:1 hesablı ev qələbələrinə sevinib. Başqa sözlə, “Turan Tovuz” son iki oyunda qol vurub, meydan sahibi olan komanda isə uduzmayıb.

Misli Premyer Liqası
XXVIII tur
31 mart (cümə)

15:30. “Turan Tovuz” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu

Qeyd edək ki, aprelin 1-də "Kəpəz" - "Səbail" və "Zirə" - "Neftçi", aprelin 2-də isə "Şamaxı" - "Qarabağ" və "Sabah" - "Qəbələ" görüşləri keçiriləcək.

Oxşar xəbərlər

"Zirə" "Turan Tovuz"a, "Sabah" "Araz-Naxçıvan"a qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” “Sumqayıt”a qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” "Araz-Naxçıvan”a, “Qarabağ” “Zirə”yə qarşı - Misli Premyer Liqası
“Turan Tovuz” “Sumqayıt”a uduzdu - Misli Premyer Liqası
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər