Cüdoçularımızdan uğursuz başlanğıc -Böyük Dəbilqə
Bu gün Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürüb.
Sportfm.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 8 idmançısı 5 çəki dərəcəsində mübarizə aparıb.
Nazir Talıbov (60 kq) 1/4 finalda məğlub olub, təsəlliverici görüşdə də belçikalı Yorre Verstraetenə uduzaraq medal imkanını qaçırıb.
Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Qadın cüdoçulara gəldikdə, Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) startdaca yarışla vidalaşıblar. Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.
Qeyd edək ki, "Böyük Dəbilqə"yə aprelin 2-də yekun vurulacaq.
Oxşar xəbərlər
İki cüdoçumuz finalda - Böyük Dəbilqə
İlk gün bizim üçün uğurlu olmadı - “Böyük Dəbilqə”
“Böyük Dəbilqə başlayır: İlk gün
Ölkəmizi 17 cüdoçu təmsil edəcək - Böyük Dəbilqə
İlk yarış günündə 8 idmançı - "Böyük Dəbilqə" başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası