Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Mən futbol tarixinin ən yaxşı oyunçusuyam” -Ronaldo
“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir.
Sportfm.az xəbər verir ki, yerli mətbuata müsahibə verən Ronaldo belə deyib:
“Mən futbol tarixinin ən yaxşı oyunçusuyam”.
Portuqaliyalı hücumçu karyerası ərzində bir çox şəxsi mükafatlar, o cümlədən beş “qızıl top” qazanıb. O, həmçinin “Real”la 5 dəfə Çempionlar Liqasının qalibi olub.
“Əl-Nəsr”ə qədər o, “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuvenuts”da çıxış edib.
38 yaşlı futbolçu bu mövsüm Səudiyyə Ərəbistanı komandasında 8 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Ronaldo "Əl-Nəsr"də debüt edəcək - Bu gün
ÇL ən yaxşı 10 hücumçusu - SİYAHI
Ronaldonu yenə geridə qoydu
Ronaldo niyə satılıb?
Robert Prosineçki və Rəşad Sadıqov kimə səs verdi?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası