reklam
Sportfm.az xəbər saytı

"Müqavilələr ən önəmli şey deyil" -Joze Mourinyo


"Roma" ilə müqaviləsi 2024-cü ilin yayına kimi olan Joze Mourinyo gələcəyi haqda danışıb.

Sportfm.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya mətbuatına açıqlama verib. O, paytaxt təmsilçisində qalıb-qalmayacağı ilə bağlı konkret fikir bildirməyib:

"Dostlarım və jurnalistlərlə gələcəyim haqda danışmıram. Klub rəhbəri Berardi bir neçə ay öncə verdiyi açıqlamada burada qalacağımı deyib. Ancaq bu, onun fikridir. Müqavilə baxımından hələ 1 ilim qalır. Amma bəzən müqavilələr ən önəmli şey deyil".

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ilin yayından "Roma"nı çalışdırır. İtaliya klubu ötən mövsüm onun rəhbərliyi altında Konfrans Liqasının qalibi olub. Komanda hazırda A Seriyasında 28 turdan sonra 50 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Oxşar xəbərlər

Portuqaliyalı məşqçi haqda film çəkilib
Joze Mourinyo PSJ ilə bağlı iddiaları təkzib etdi
Mourinyo qərarını verdi - müqaviləsini uzadır
Mourinyo üçün həyəcan siqnalı
A Seriyasında yeni rekord - 42 oyun

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər