Cüdoçularımızdan böyük uğur -3 qızıl, 1 gümüş, 3 bürünc
Azərbaycan cüdoçuları Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun ilk günündə uğurlu çıxış ediblər.
Sportfm.az xəbər verr ki, idmançılarımız 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
8 çəki dərəcəsində millinin 18 cüdoçusu tatamiyə çıxıb. Vüsalə Hacıyeva (48 kq) və Xədicə Qədəşova (52 kq) bürünc medal qazanıblar.
Oğlanların yarışında 55 kq-da Azərbaycanın iki cüdoçusu Ayxan Mirzəzadə və Fərid Qarayev finalda qarşılaşıblar. Nəticədə Fərid Qarayev komanda yoldaşını məğlub edərək, birinci yeri tutub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçu Mirxaliq İskəndərov bürünc medala sahib olub.
60 kq çəkidə Məhəmməd Musayev və 66 kq-da Əbil Yusubov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Oxşar xəbərlər
Beş cüdoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Avropa kubokunda birinci yer - cüdoçularımızdan böyük uğur
Yeniyetmə cüdoçularımız mübarizəyə başlayır - Avropa Kuboku
Bir günə 5 medal - Avropa Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası