Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Nərimanov rayonu 45 nömrəli tam orta məktəbin idman zalında Bakı şəhər məktəbliləri arasında voleybol (oğlanlar) üzrə turnir keçirilib.
Sportfm.az saytı xəbər verir ki, paytaxt məktəblərinin VII – IX sinif şagirdlərinin iştirakı ilə keçirilən yarışın nəticəsinə görə I yeri Xəzər rayonu 117 nömrəli tam orta məktəbin komandası, II yeri Xətai rayonu 221 nömrəli tam orta məktəbin komandası, III yeri Nizami rayonu 220 nömrəli məktəb – liseyin komandası tutub.
Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Valentina Sultanova və digər rəsmi şəxslər qalibləri təbrik etmiş, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb. Yarışda I, II və III yerləri tutmuş komandaların üzvləri Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunub.
Oxşar xəbərlər
Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirildi
Binəqədi rayonunun komandası hamını arxada qoydu
Abbasova Bakıda ən güclüdür!
258 nömrəli tam orta məktəb birinci oldu
Məhəllələrarası mini-futbol turnirinə yekun vurulub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası