Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
MMA döyüşçümüz zədəsini sağaltdı
"Bellator"da çıxış edən Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev zədəsini sağaldıb.
Sportfm.az xəbər verir ki, bu barədə 34 yaşlı idmançı məlumat verib.
Musayev rusiyalı Aleksandr Şabli ilə görüşdə qabırğasından xəsarət aldığını xatırladıb: "Artıq sağlamlığımı bərpa etmişəm və Bakıda məşqlərə başlamışam. Bu qarşılaşmada zədə olmasaydı, döyüş sonadək davam edəcəkdi".
O, növbəti rəqibinin hələlik bəlli olmadığını, döyüşünün iyun və ya iyulda gerçəkləşə biləcəyini söyləyib.
Qeyd edək ki, Tofiq Musayev dünya Qran Prinsinin 1/4 final mərhələsində məğlub olmuşdu.
Oxşar xəbərlər
O artıq zədəsini sağaldıb...
Musayev “Bellator”da uduzdu - Texniki nokautla
Tofiq Musayev Nurməhəmmədovla bir turnirdə - Dünya Qran-Prisi
Tofiq Musayev yeni rinqdə - Müqavilə bağladı
Tofiq Musayev növbəti qələbəsini rəsmiləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası