reklam
Sportfm.az xəbər saytı

"Sabah" - "Qarabağ" matçı öncəsi itkilər -Misli Premyer Liqası


"Qarabağ" Misli Premyer Liqasının 30-cu turunun "Sabah"la görüşünə itkilərlə çıxacaq.

Sportfm.az xəbər verir ki, Elvin Cəfərquliyev cəzalı durumda olduğuna görə Ağdam klubuna kömək etməyəcək.

Abbas Hüseynov zədə səbəbindən, Şahruddin Məhəmmədəliyev isə ağır zədədən sonra hazırda bərpa prosesi keçdiyi üçün oynamayacaq.

Bədavi Hüseynovla Yassin Benzia isə artıq kollektivlə məşqlərə qayıdıb.

"Sabah"ın baş məşqçisi Murad Musayev də cəzalı olduğuna görə texniki zonadakı yerini ala bilməyəcək. Onunla yanaşı, ötən turda qırmızı vərəqə ilə cəzalandırılan Con İrasabal da “Qarabağ”la matçda iştirak etməyəcək.

"Sabah" - "Qarabağ" oyunu aprelin 16-da Masazırdakı “Bank Respublika Arena” stadionunda keçiriləcək və saat 19:00-da başlanacaq.

Oxşar xəbərlər

“Sabah” – “Qarabağ” matçının biletləri satışda
"Qarabağ"la oyuna itkilərlə çıxacaqlar
Klubların cəzası açıqlandı - QƏRAR
"Qarabağ"ın legioneri "Sabah"la matçı buraxacaq - Premyer Liqa
Azərbaycan Premyer Liqası: 25-ci turu buraxacaq 12 cəzalı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər