reklam
Azərbaycanlı güləşçilər mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Azərbaycanlı güləşçilər mübarizəyə başlayır -Avropa çempionatı


Azərbaycanın beş sərbəst güləşçisi bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq.

65 kq-da Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.

79 kq-da Səbuhi Əmiraslanov 1/8 final mərhələsində İman Mahdavinin (UWW), 97 kq-da Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Avropa çempionatı aprelin 23-də yekunlaşacaq.

Oxşar xəbərlər

Qadın güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
İdmançılarımız mübarizəyə qoşulur -
Hacı Əliyev və Əliabbas Rzazadə finalda - Avropa çempionatı
Hacı Əliyev Avropa çempionatının yarımfinalında
Sərbəst güləşçilərin ilk rəqibləri məlum oldu - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər