Kişi cüdoçular arasında ilk dəfə -ACF turu
Azərbaycan Cüdo Federasiyası ilk dəfə kişilər arasında ACF turu təşkil edəcək.
Sportfm.az xəbər verir ki, yarış aprelin 19-da baş tutacaq.
Turda 26 klub, cəmiyyət və idman təşkilatından olan 100-dən çox cüdoçu 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.
Aparıcı cüdoçulardan Nazir Talıbov, Rövşən Əliyev, Əhməd Yusifov (hamısı 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov, Kəramət Hüseynov (hamısı 66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev, Telman Vəliyev, İbrahim Əliyev (hamısı 73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Adil Kərimli, Aslan Mirzəyev, Ruslan Nəsirli (hamısı 100 kq) və Camal Qamzatxanov (+100 kq) ACF turunda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, 2023-cü ildə üç belə turnirin keçirilməsi planlaşdırılır. Bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında birinci yeri tutan idmançı 22-24 sentyabrda keçiriləcək Bakı Böyük Dəbilqə turnirinə vəsiqə qazanacaq.
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti açıqlandı - Böyük Dəbilqə
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
Kişi cüdoçular arasında ilk ACF turu keçirildi
“Böyük Dəbilqə” üçün 37 cüdoçu - SİYAHI
Azərbaycan millisi Polşaya 13 cüdoçu ilə yollanır - Beynəlxalq turnir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dünya Çempionatında iştirak edəcək güləşçilərimiz - SİYAHI
-
İsrail təmsilçisi "Sabah"a rəqib oldu - Çempionlar Liqası
-
“Panatinaikos” cütün qalibi oldu - Konfrans Liqası
-
AFFA “Clear Line” layihəsinə qoşuldu
-
"Qarabağ" "Dinamo" ilə oyuna hazırdı - FOTOLAR
-
“Fənərbaxça” pley-off mərhələsində - Çempionlar Liqası















Misli Premyer Liqası